14 İyul 2026
Dünya futbolu

Ərəblər Mourinyonu istəyir – sərvət təklif edildi

Joze Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, birbaşa ölkə rəhbərliyi səviyyəsində portuqaliyalı mütəxəssislə əlaqə saxlanılıb. 

Ona illik 60 milyon avrodan iki illik müqavilə təklif edilir. 60 yaşlı mütəxəssisə çalışması üçün üç komanda önərilib: Səudiyyə Ərəbistanı millisi, Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” və ya ölkənin ikinci divizionunda çıxış edən “Əl-Əhli”.

Mourinyonun bu təkliflə razılaşacağı təqdirdə, dünyanın ən çox maaş alan baş məşqçisi olacağı bildirilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43