“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.
İdmanxeber.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Əl Hilal” klubunda çalışa bilər. Ərəblər Alleqriyə 3 illik müqavilə və hər mövsüm üçün 20 milyon avro maaş təklif edib.
Turin klubunda ildə 7 milyon avro alan 55 yaşlı çalışdırıcı bu təklifi nəzərdən keçirir. Hələlik o, qəti cavab verməyib.

