Pep Qvardiola “Mançester Siti”dən sonra milli komandaya keçə bilər.
İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Avropanın 4 böyük liqasında çempionluq yaşamaq üçün İtaliyada da çalışmaq niyyətindədir.
52 yaşlı çalışdırıcı daha sonra karyerasını milli komandada davam etdirmək istəyir.
Pep 7 ildir ki, “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində Qvardiola klubu ilə 14 kubok qazanıb.

