“Fənərbağça” ilk transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, Şotlandiyanın “Reyncers” klubunda çıxış etmiş Rayan Kent bundan sonra İstanbul təmsilçisinin formasını geyinəcək.
O, klubun sosial şəbəkə hesabından “Fənərbağça”nı Türkiyə Kubokunu qazanması münasibəti ilə təbrik edib.
27 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

