“Real”in yarımmüdafiəçisi Federiko Valverde karyerasını “Liverpul”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu daha əvvəl 24 yaşlı uruqvaylıya görə 60 milyon avro təklif etsə də, “kral klubu” bunu qəbul etməyib. Bu səbəbdən də “qırmızılar” təklifi biraz daha artırıblar.
“Liverpul” Valverde üçün 80 milyon avrodan keçməyə hazır olduğunu bildirib. Tərəflər arasında danışıqlar davam edir.
O, ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 56 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

