06 İyul 2026
Ölkə futbolu

“Kəpəz” yeni baş məşqçi ilə müqavilə imzaladı – RƏSMİ

“Kəpəz” yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.

Daha sonra Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, A.Məmmədov “sarı-göylər”in sükanı arxasında Tərlan Əhmədovu əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43