Kateqoriyasız

Əsgər Abdullayev: “Məğlubiyyətlə barışmadığımızı göstərdik”

Topaz Premyer Liqasının 2-ci turunda bu gün “Araz Naxçıvan” səfərdə “Qəbələ” ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, 0:1 hesaı ilə məğlub olan “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev oyundan sonra bu sözləri deyib:

”Qəbələ”ni təbrik edirəm. Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi işlərimiz çoxdur, çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik. Hər iki komanda sona kimi mübarizə apardı. Hər halda, məğlubiyyətlə barışmadığımızı göstərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43