Kateqoriyasız

20-ci böyükhesablı qələbə

“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.

Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.

​“Qarabağ” kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43