Ölkə futbolu

Nail Kərimov “Qarabağ”da

“Qarabağ”da yeni təyinat rəsmiləşib.

İdmanxeber.az-ın məlumatına görə, Nail Kərimov Ağdam klubunun futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43