Ölkə futbolu

32 oyun, 30 futbolçu, ardıcıl 2-ci bürünc

Premyer Liqanın 2014/15 mövsümü başa çatıb. Mayın 28-də yekun vurulan çempionatda “Qəbələ” ardıcıl 2-ci dəfə mükafatçılar sırasına düşüb, bürünc medallara yiyələnib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü il avqustun 9-da start götürən çempionat 293 gün davam edib və Roman Qriqorçukun yetirmələrinin 3-cü yeri tutması ilə nəticələnib. 

Futbolçular

– Topaz Premyer Liqasının 2014/15 mövsümündə 30 futbolçu “Qəbələ”nin şərəfini qoruyub.

– 18 oyunçu “Qəbələ”də cari mövsüm debüt edib. Bunlar Adrian Ropotan, Andrei Kristea, Bəxtiyar Soltanov, Aleksandru Benqa, Cavid Hüseynov, Ekiqo Ehiosun, Markinyoş, Pavol Farkaş, Qomeş Pinto Yazalde, Ruslan Əmircanov, Ruslan Abışov, Dmitri Bezotosnı, Aleksey Qay, Ruslan Fomin, Rəşad Sadiqov, Mixail Sivakov, Rikardinyo və Qismət Alıyevdir.

– Premyer Liqanın 2014/15 mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirənlər 29 matça çıxıb. Bunlar Cavid Hüseynov, Elvin Camalov və Ekiqo Ehiosundur. Hüseynov digər iki futbolçu ilə müqayisədə meydanda daha çox – 2506 dəqiqə keçirib.

– Ümumilikdə 9 futbolçu oyunların ən azı yarısından çoxunda – minimum 17 qarşılaşmada meydana çıxıb.

– 2 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar Vladimir Levin və Qismət Alıyevdir.

– 30 futbolçudan 3-ü qapıçıdır: Kamran Ağayev, Dmitri Bezotosnı və Anar Nəzirov. Sonuncu 3, digər 2 qapıçı hərəyə 15 qarşılaşmada meydana çıxıb.

– Digər 27 futbolçu isə sahə oyunçularıdır.

– “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 14-ü yerli, 16-sı legioner statusu daşıyır.

– Yerlilərdən biri Vladimir Levin milliləşən ukraynalıdır.

– Digər 15 futbolçu isə 8 ölkəni təmsil edir. Braziliya daha çox – 4, Rumıniya və Ukrayna 3, Seneqal, Belarus, Slovakiya, Nigeriya və Portuqaliya isə 1 legionerlə təmsil olunub.

Futbolçu     oyun dəqiqə qol sarı qırmızı

Cavid Hüseynov    29 2506 11 7 0

Elvin Camalov       29 2079 0 9 0

Ekiqo Ehiosun        29 1676 6 4 0

Rafael Santos        28 2492 0 3 0

Ruslan Abışov        27 2342 4 12 0

Ürfan Abbasov       25 2157 1 3 0

Viktor Mendi          25 1835 8 3 0

Bəxtiyar Soltanov 21 1568 2 2 0

Aleksey Qay           16 1440 4 2 0

Dodo                       16 1304 5 2 0

Ruslan Tağızadə    16 963 0 7 1

Kamran Ağayev     15 1350 -20 1 0

Dmitri Bezotosnı   15 1304 -7 0 1

Ruslan Fomin         15 627 0 2 0

Adrian Ropotan      14 1227 0 11 0

Pavol Farkaş          13 957 1 4 0

Rəşad Sadiqov       13 792 0 2 0

Qomeş Pinto Yazalde 13 432 0 1 0

Markinyos               12 700 1 1 0

Mixail Sivakov        12 462 0 0 0

Rikardinyo              10 819 0 2 0

Sadiq Quliyev          8 370 0 1 0

Andrey Kristea       8 281 0 1 0

Ruslan Əmircanov  7 630 0 1 0

Aleksandru Benqa  7 596 0 2 1

Müşfiq Teymurov   5 437 0 1 0

Anar Nəzirov          3 226 -8 1 0

Murad Musayev      2 2 0 0 0

Qismət Alıyev        1 34 0 1 0

Vladimir Levin        1 15 0 0 0

Qollar

– Bu oyunçulardan 10-u qol sevinci yaşayıb. Komandanın ən məhsuldar futbolçusu Cavid Hüseynov 11 qol vurub. Viktor Mendi 8, Ekiqo Ehiosun 6, Dodo 5, Ruslan Abışov və Aleksey Qay hərəyə 4, Bəxtiyar Soltanov 2, Markinyoş, Pavol Farkaş və Ürfan Abbasov hərəyə 1 dəfə fərqlənib.

– 7 futbolçu “Qəbələ”nin heyətində Azərbaycan çempionatında ilk qolunu arxada qalan mövsümdə vurub. Bunlar Cavid, Ruslan, Ekiqo, Aleksey, Bəxtiyar, Pavol, Markinyoşdur.

– Daha 3 qol isə avtoqol sayəsində gerçəkləşib. Vüqar Bəybalayev (“Bakı”), Namiq Ələsgərov (“Qarabağ”) və Laşa Kasiradze (AZAL) “Qəbələ” ilə qarşılaşmalarda öz qapısına qol vurub.

– “Qəbələ”nin oyunçuları da bir avtoqola üzülüb. Ruslan Tağızadə “Xəzər Lənkəran”la görüşdə öz qapısına qol vurub.

Penaltilər

– Komandanın lehinə 6 penalti təyin edilib. Bu zərbələrin hamısı qolla nəticələnib. Bütün zərbələri Cavid Hüseynov yerinə yetirib.

– “Qəbələ”nin qapısına təyin edilən 5 penaltidən 5-i dəqiq olub. Kamran Ağayev 3, Dmitri Bezotosnı və Anar Nəzirov 1 dəfə 11 metrlik nöqtədən qol buraxıb.

Vərəqələr

– “Qəbələ” mövsüm ərzində ümumilikdə 93 vərəqə alıb. Bunlardan 90-ı sarı, 3-ü qırmızıdır. Meydandan kənarlaşdırılanların ikisi – Ruslan Tağızadə və Aleksandru Benqa ikinci sarı üzündən belə cəzaya məruz qalıb. Dmitri Bezotosnı isə birbaşa qırmızı vərəqə alıb.

– 30 futbolçudan 27-si mövsüm ərzində vərəqə alıb. Ruslan Abışov hamıdan çox – 12, Adrian Ropotan 11, Elvin Camalov 9 sarı vərəqə alıb.

– Cəmi 3 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb. Bunlar Mixail Sivakov, Murad Musayev və Vladimir Levindir.

– Onlar arasında ən çox oyun Mixail Sivakov keçirib. O, 12 matçda cəzasız qalıb. İntizamlılar arasında meydanda ən çox dəqiqə keçirən də odur

– 462 dəqiqə.

– Ruslan Abışov 3, Adrian Ropotan, Elvin Camalov 2, Cavid Hüseynov, Pavol Farkaş, Ekiqo Ehiosun, Ruslan Tağızadə 1 dəfə sarı vərəqə üzündən cəzalı duruma düşüb.

Seriyalar

– Ən uzun qələbə seriyası – 8 oyun (21-28-ci oyunlar). Bu seriya həm mövsümün, həm də klub tarixinin rekordudur.

– Ən uzun qələbəsiz seriya – 5 oyun (9-13-cü oyunlar)

– Mövsümdə 3 dəfə ardıcıl 2 heç-heçə qeydə alınıb.

– Ən uzun heç-heçəsiz oyunlar seriyası – 12 oyun (17-28-ci oyunlar)

– Ən uzun məğlubiyyət seriyası – 3 oyun (18-20-ci oyunlar)

– Ən uzun məğlubiyyətsiz seriya – 12 oyun (21-32-ci oyunlar). Bu seriya davam edir.

– Ən uzun qollu seriya – 13 oyun (20-32-ci oyunlar). Klub tarixinin rekordu olan bu seriya davam edir

– Ən uzun qol vurmamaq seriyası – 2 oyun (2 dəfə).

– Ən uzun quru seriya – 2 oyun (2 dəfə).

– Ən uzun ardıcıl qol buraxmaq seriyası – 6 oyun (6-11-co oyunlar).

Tamaşaçı

– “Qəbələ” ev oyunlarının hamısını Qəbələ stadionunda keçirib.

– “Qəbələ”nin 16 ev oyununu 27100 tamaşaçı izləyib.

– Ən çox tamaşaçı “Qarabağ”la mayın 2-də keçirilən oyunda qeydə alınıb –3700.

– Ən az tamaşaçı isə martın 8-də “Sumqayıt”la oyunda qeydə alınıb – 300.

– Çempionatdakı ev oyunlarında orta tamaşaçı sayı 1694-ə bərabər olub.

– “Qəbələ”nin səfər oyunlarını 16350 tamaşaçı izləyib.

– Bu qarşılaşmalarda orta tamaşaçı sayı 1022-dir.

– 2014-cü il sentyabrın 15-də Zaqatalada “Simurq”la səfər qarşılaşmasını daha çox – 2500 azarkeş izləyib.

– Ötən il noyabrın 20-də AZAL-la səfər oyununda isə ən az – 200 tamaşaçı qeydə alınıb.

Faktlar

– Komandanın ən yaşlı futbolçusu Viktor Mendi olub. Seneqallı 33 yaş 5 ay 5 günlüyündə meydana çıxıb.

– Komandanın ən gənc futbolçusu isə Qismət Alıyevdir. O, 18 yaş 7 ay 3 günlüyündə meydana çıxıb.

– Ümumilikdə mövsümün sonunadək 30 futbolçudan 7-si 30 yaş həddini aşıb.

– Viktor Mendi 33 yaş 5 ay 5 günlüyündə qol vurub. Seneqallı komandanın mövsüm üçün ən yaşlı qolçusu olub.

– Ən gənc qolçu isə Ürfan Abbasovdur. O, 22 yaş 4 ay 7 günlüyündə fərqlənib.

– Komandanın fərdi qol seriyası Cavid Hüseynova məxsusdur. O, ardıcıl 3 qarşılaşmada qol sevinci yaşayıb. Aleksey Qay isə ardıcıl 2 görüşdə rəqib qapısına yol tapıb. Hər iki yarımmüdafiəçi mövsümün sonuncu – 4-cü dövrəsində fərqlənib.

– “Qəbələ” 11 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”lara 2 qapıçı imza atıb. Dmitri Bezotosnı 8, Kamran Ağayev 3 belə matç keçirib.

– Qapıçılar ardıcıl 2 dəfədən çox quru oyun keçirməyib. Dmitri Bezotosnı 2 dəfə ardıcıl 2 matçda qol buraxmayıb.

– Çempionat ərzində “Qəbələ”ni meydana 4 kapitan çıxarıb: Kamran Ağayev – 15, Ruslan Abışov – 14, Cavid Hüseynov – 2, Viktor Mendi – 1.

– “Qəbələ”ni Premyer Liqanın 32 matçına 3 baş məşqçi çıxarıb.

– İlk 13 oyunda Dorinel Muntyanu ilə komanda 14 xal toplayıb: 3 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət, top fərqi 15-21.

– 3 oyunda baş məşqçi vəzifəsini Sənan Qurbanov icra edib. Məğlubiyyətsiz matçlarda 5 xal əldə olunub: 1 qələbə, 2 heç-heçə, top fərqi 4-3.

– Mövsümün ikinci yarısında “Qəbələ”nin baş məşqçisi ukraynalı Roman Qriqorçuk olub. O, 16 matçda komandaya rəhbərlik edib: 11 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi 27-11.

– “Qəbələ” eyni rəqiblə görüşdə ən çox 3 dəfə qalib gəlib. Roman Qriqorçukun yetirmələri “Bakı” və “Sumqayıt”ın hərəsinə 3 dəfə qalib gəlib. “Qəbələ” ən çox – 10 xalı da bu komandalardan alıb.

– Komandamızın qalib gələ bilmədiyi komanda olmayıb.

– “Qəbələ”nin oyunlarını 8 hakim idarə edib: Əliyar Ağayev, Rəhim Həsənov – 6, Elvin Əsgərov – 5, Ömər Paşayev, İnqilab Məmmədov – 4, Fariz Yusifov, Vüsal Əliyev – 3, Rauf Cabbarov – 1.

– “Qırmızı-qaralar”ın oyunlarında poker və het-trik qeydə alınmayıb.

– “Qəbələ” 4 dubla imza atıb.

– Viktor Mendi, Ekiqo Ehiosun, Cavid Hüseynov və Dodo hərəyə 1 dəfə oyunda 2 qol vurub.

– “Qəbələ” 2 dəfə böyük hesabla qalib gəlib. Komanda səfərdə AZAL-a 4:0, evdə “Bakı”ya 3:0 hesabı ilə qalib gəlib.

– “Qırmızı-qaralar” 2 dəfə böyük hesabla yenilib. “İnter”ə 0:4, “Xəzər Lənkəran”a 0:3 hesabı ilə uduzan komandamız hər iki məğlubiyyəti səfərdə alıb.

– “Qəbələ”nin oyunlarında 10 müxtəlif hesab variantı qeydə alınıb: 2:0, 1:1 – hərəsi 6, 2:1, 3:1, 1:0 – hərəsi 4, 3:0, 0:0, 4:0 – hərəsi 2, 3:2, 3:3 – hərəsi 1 dəfə.

– Premyer Liqada 3-cü yer klub tarixinin rekordunun təkrarıdır. “Qəbələ” 2013/14 mövsümündəki nəticəsini təkrarlamağı bacarıb.

– Premyer Liqada 32 oyuna 46 qol vuran “qırmızı-qaralar” orta məhsuldarlıqda yeni rekord müəyyənləşdirib. Hər oyuna 1,44 qol vuran komanda 2011/12 mövsümünün rekordunu (1,34) yeniləyib. Həmin vaxt 32 oyunda 43 top vurulmuşdu.

– Səfərdə 9 qələbə qazanıb, 23 qol vurub, 30 xal toplayan “Qəbələ” rəqib meydanlarında ən uğurlu mövsümünü keçirib.

– 11 qol vuran Cavid Hüseynov 1 mövsümdə ən çox qol vuran 2-ci futbolçu kimi “Qəbələ”nin tarixinə düşüb. O, yalnız ötən mövsüm 12 dəfə fərqlənən Daniel Subotiçdən geri qalır.

– “Qəbələ” tarixində ilk dəfə Premyer Liqada səfərdə evdəkindən daha çox xal toplayıb. Komandamız evdə 24 xal qazanıb: 6 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət, top fərqi 23-17. Səfərdə isə 30 xal əldə edilib: 9 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi 23-18.

“Qəbələ”nin  Premyer Liqada bütün oyunları

2014/15 mövsümü

10.08.2014 İnter (Bakı) – Qəbələ 4:0

23.08.2014 Bakı – Qəbələ 0:2

30.08.2014 Qəbələ – AZAL (Bakı) 1:2

13.09.2014 Simurq (Zaqatala) – Qəbələ 1:2

21.09.2014 Qəbələ – Neftçi 0:0

28.09.2014 Qəbələ – Xəzər Lənkəran 1:1

17.10.2014 Qarabağ (Ağdam) – Qəbələ 2:0

24.10.2014 Qəbələ – Sumqayıt 3:1

02.11.2014 Qəbələ – Bakı 1:1

20.11.2014 AZAL (Bakı) – Qəbələ 3:3

23.11.2014 Qəbələ – Simurq (Zaqatala) 2:3

29.11.2014 Neftçi (Bakı) – Qəbələ 0:0

07.12.2014 Xəzər Lənkəran – Qəbələ 3:0

14.12.2014 Qəbələ – Qarabağ (Ağdam) 2:1

18.12.2014 Sumqayıt – Qəbələ 1:1

21.12.2014 Qəbələ – İnter (Bakı) 1:1

01.02.2015 Bakı – Qəbələ 0:2

06.02.2015 Qəbələ – AZAL (Bakı) 0:1

10.02.2015 Simurq (Zaqatala) – Qəbələ 2:0

15.02.2015 Qəbələ – Neftçi (Bakı) 1:3

19.02.2015 Qəbələ – Xəzər Lənkəran 3:1

28.02.2015 Qarabağ (Ağdam) – Qəbələ 0:1

08.03.2015 Qəbələ – Sumqayıt 2:0

18.03.2015 İnter (Bakı) – Qəbələ 1:2

05.04.2015 AZAL (Bakı) – Qəbələ 0:4

09.04.2015 Qəbələ – Simurq (Zaqatala) 1:0

17.04.2015 Neftçi (Bakı) – Qəbələ 1:3

25.04.2015 Xəzər Lənkəran – Qəbələ 0:1

02.05.2015 Qəbələ – Qarabağ (Ağdam) 1:1

08.05.2015 Sumqayıt – Qəbələ 0:2

16.05.2015 Qəbələ – İnter (Bakı) 1:1

28.05.2015 Qəbələ – Bakı 3:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43