“Nottingem Forest” yeni baş məşqçisi məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, klub “Everton”un sabiq çalışdırıcısı Şon Dayçla razılığa gəlib.
Roberto Mançini ilə danışıqların uğursuz alınmasından sonra Dayçla müqavilə şərtləri razılaşdırılıb.
Premyer Liqada 8 turdan sonra cəmi 5 xalla 18-ci pillədə olan komanda artıq iki baş məşqçini istefaya göndərib.

