08 İyul 2026
Ölkə futbolu

“Atletik” – “Qarabağ” oyununa hakim təyinatları açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı xorvat hakim Iqor Payaç idarə edəcək. Ona Boyan Zobenitsa və İvan Mihali kömək edəcək, dördüncü hakim Zdenko Lovriç olacaq.

Qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43