“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan Almaniyanın “Ayntraxt” klubu heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Frankfurt təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış edən 21 yaşlı hücumçu Ayub Amamuni-Eçquyabı transfer edib.
Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb. Ayub bu mövsüm keçirdiyi 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

