“Çelsi” Çempionlar Liqasının 1/4 finalında “Real”a məğlub olaraq turnirlə vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından London klubunun baş məşqçisi Frenk Lempard görüş barədə fikirlərini bildirib:
“Çelsi üçün oynayırsan, bu o deməkdir ki, hər şeyini verməlisən. Heç kim bu mövsümün artıq bitdiyini düşünməməlidir. 60 dəqiqə ərzində dünya səviyyəli komandanı üstələdik və qol imkanları yaratdıq. Bu çıxışı saxlamaq lazımdır. Bu, hamımız üçün bir mesajdır”.
“Çelsi” Premyer Liqada 11-ci yerdədir.

