Dünyadan

8 martda qadın futbolçular dalaşdı

Martın 8-i-Beynəlxalq Qadınlar Günündə Türkiyədə qadın futbolçular arasında keçirilən birinci liqa matçında xoşagələz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, "Qazikentspor" – "Adana İdmanyurdu" oyununda baş verən hadisə hər kəsin diqqətinə səbəb olub. Qarşılaşmanın baş hakimi meydan sahiblərinin futbolçusuna qırmızı vərəqə verdikdən sonra ara qarışıb. 

Azarkeşlərin meydançaya enməsi ilə mübahisə davaya çevrilib.

Nəticədə, "Gazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 futbolçusu yaralanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43