PSJ-nin hücumçusu Kilian Mbappe “Tuluza” ilə oyundan əvvəl klub prezidenti Nasser Əl-Xelaifi ilə dava edib.
İdmanxeber.az-ın məlumatına görə, davaya səbəb futbolçunun paylaşdığı vida videosunda klub rəhbərinin adını çəkməməsi olub. PSJ-in prezidenti oyunçudan bunun səbəbini soruşmaq üçün otağına çağırıb. Bunun ardından ikili arasında gərgin mübahisə düşüb.
Futbolçu 10 may cümə günü PSJ-dən ayrılacağını açıqlayıb. 25 yaşlı futbolçu komandadan azad agent kimi ayrılacaq. F
orvard sosial şəbəkələrdə yerləşdirdiyi vida videomüraciətində Əl-Xelaifinin adını çəkməyib.

