28 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu baş məşqçi ilə müqavilə yenilədi

“Bornmut” baş məşqçi Andoni İraola ilə müqaviləni uzaddıqlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin klubla yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulub. İraola ötən yaydan komandaya rəhbərlik edir.

Bu müddət ərzində İraolanın rəhbərliyi altında klub 43 oyun keçirib, 17 qələbə, 9 heç-heçə və 17 məğlubiyyət əldə edib.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43