“Əl-İttihad” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu cari mövsümün sonunda alman qolkiperi almaq niyyətindədir. Avqust ayında 32 yaşlı futbolçu “Barselona” ilə 2028-ci ilin iyun ayına kimi yeni müqavilə imzalayıb.
Ter Ştegen 2014-cü ildən Kataloniya təmsilçisində oynayır. Bu mövsüm o, “Barsa”nın heyətində bütün yarışlarda 32 oyun keçirib, 36 qol buraxıb və 14 qapını toxunulmaz saxlayıb.

