Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığması qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb.
Baş məşqçi Berti Foqts Ramat Qan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüşdə bu futbolçulara güvənəcək.
Qapıçı: Kamran Ağayev.
Müdafiəçilər: Elnur Allahverdiyev, Mahir Şükürov, Rasim Ramaldanov, Rəşad Sadıqov.
Yarımmüdafiəçilər: Cihan Özkara, Araz Abdullayev, Rahid Əmirquliyev, Rusıan Abışov.
Hücumçular: Rauf Əliyev, Rüfət Dadaşov.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.