"Qalatasaray"ın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib. İtaliyalı məşqçi Roberto Mançininin ilk təklifə "yox" deməsinə rəğmən, "Cim-Bom" çalışdırıcını razı sala bilib.
Bu barədə "Lig Tv"də yayımlanan "Maraton" verlişində proqramın aparıcısı Şansal Böyük məlumat verib. Onun dediyinə görə, Roberto Mançini "Qalatasaray"ın ikinci təklifinə müsbət cavab verib və bu keçid sabah rəsmən ictimaiyyətə açıqlanacaq.