Almaniya millisi və Madrid “Real”ı ciddi itki ilə üzləşib.
Belə ki, İtaliya yığması ilə oyunda zədələnən Sami Xedira qarşıdakı dünya çempionatını buraxa bilər. Bu barədə yığmanın həkimi Xans Vilhem Müller məlumat verib. Onun sözlərinə görə, Tunis əsilli futbolçu əməliyyat olunmalıdır.
Xatırladaq ki, yarımmüdafiəçi 67-ci dəqiqədə Pirlo ilə toqquşaraq zədələnmişdi.