23 Dekabr 2024
Ölkə futbolu

“Rəvan” özü gücünü özü üzərində göstərdi

Yiğmaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Rəvan” bu gün yoxlama oyunu keçirdi. Daha doğrusu, əsas komanda əvəzedicilərlə qarşılaşdı.

Hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazandı. Qolları Xuan Manuel Varea və Elnur Abdulov vurdu. Qeyd edək ki, bu oyunda əsas komandada zədəli futbolçulardan – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geymək şansı qazandı.

Onu da əlavə edək ki, sabah istarahət edəcək futbolçular ayın 19-dan “Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Rəvan” matçının noyabrın 24-ü saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda başlayacağını da bildirək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43