27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da hərbi rejim: Mustafa Dənizli sərt üzünü göstərdi

Premyer Liqanın XVI turunda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” paytaxtda hazırlıqlarını davam etdirir.

“Modern” otelində məskunlaşan “ağ-yaşıllar” yeni baş məşqçinin ciddi rejimli qaydaları ilə qarşılaşıblar.

Belə ki, Mustafa Dənizli futbolçulara oteli tərk etməyə qadağa qoyub. Məşqi bitirdikdən sonra oteldə qapalı vəziyyətdə qalmalı olan komanda üzvləri alışmadıqları vəziyyətlə üzləşiblər.

Məsələ ondadır ki, öncəki baş məşqçi Con Toşak komandanın Bakıda olduğu müddətdə adətən futbolçuları sərbəst buraxır və yalnız oyuna bir gün qalmışdan etibarən bir yerə toplanmalarını istəyirdi. Dənizli isə Toşakdan fərqli, komandada ciddi rejim tətbiq edib və qaydaları pozanların da ciddi cəzalandırılacağını bildirib.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43