Premyer Liqanın XVII turunda “Rəvan” “Xəzər Lənkəran” səfərinə yollanacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “sarı-qırmızılılar” çətin Cənub səfərində iki futbolçusu cəza səbəbindən meydana çıxa bilməyəcək. Bunlar yarımmüdafiəçi Elvin Həsənəliyev və müdafiəçi Novruz Məmmədovdu.
Əvəzində isə AZAL-la oyunu buraxan İvan Pexa və Rəşad Abdullayev “Fırtınalar meydanı”nda komandasına kömək edə biləcəklər.