“Simurq” – “Qarabağ” matçında Draqan Çeranın vurduğu qolun hakimlər tərəfindən qeydə alınmaması zaqatalalı azarkeşlərin bugünkü gündə də müzakirə obyektidi.
İdmanxeber.com-un məlumatına görə, haqqlarının tapdalandığını deyən “Simurq” azarkeşləri daha bir video ilə etiraz səslərini ucaldıblar. Videoda “Qarabağ”la kubokdakı hər iki matçda vurulan qolları müqayisə edən fanatlar həm səfər, həm də evdəki matçda hakimin verdiyi qərarlardan narazılıqlarını bildiriblər. Onlar matçın yenidən keçirilmə tələbi ilə çıxış edirlər.
Videonu diqqətinizə çatdırırıq:

