Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə yarımfinal mərhələsinin cütlükləri müəyyənləşəcək.
Turnirdə yoluna davam edən "Real", "Barselona", "Bavariya" və "Yuventus"bir-biri ilə qarşılaşması mümkündür.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.
|
Yarımfinal mərhələsinin cütlükləri: "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) "Yuventus" (İtaliya) – "Real" (Madrid, İspaniya) |

