25 İyul 2026
Kateqoriyasız

Qriqorçuk: “Lənkərandakı oyun dərs oldu”

Son vaxtların uğurlu komandası “Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməyi bacardı.

İdmanxeber.com Qriqoruçukun XL-la matçdan sonra səsləndirdiyi fikirlərlə sizi tanış edir:

“Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43