Türkiyə PTT birinci liqasında 29-cui turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” öz meydanında “Adanaspor”la üz-üzə gəlib.
Qarşılaşma Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada sonuncu qolu isə Vaqif Cavadov qoyub. O, 90+5-ci dəqiqədə vurduğu qolla matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Cavadovun komandası turnir cədvəlində 12-ci pilləyə yüksəlib.

