30 Sentyabr 2024
Kateqoriyasız

Zaqatalada mövsümün ilki: Futbolçular rəhbərliyə oturaraq etiraz etdi

Maliyyə problemləri içərisində var-gəl edən "Simurq"un futbolçuları yaranmış vəziyyətə biganə qalmayıblar.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun üzvləri hazırda başlayan "İnter"lə oyunda start fiti verilən kimi etiraz olaraq yerə oturublar. 

Bir neçə saniyə meydanda oturaraq rəhbərliyə etiraz edən futbolçular oyunu davam etdiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43