12 İyul 2026
Kateqoriyasız

“Xəzər Lənkəran”ı sarsıdan xəbər: 4 ay olmayacaq!

Bakı” ilə səfər oyununda “Xəzər Lənkəran”ın aparıcı futbolçularından olan Sadio Tounkara ağır zədələnib.

İdmanxeber.com-un məlumatına görə, əvvəlcə yüngül zədə aldığı güman edilən malili futbolçunun həkim müayinəsindən sonra zədəsinin ağır dərəcəli olduğu müəyyənləşib. İlkin müayinənin nəticəsinə görə afrikalı futbolçumuz 4-ay müddətində yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Xatırladaq ki, aprelin 27-də 23-yaşını qeyd edən Tounkara mayın 1-də ata olması ilə bağlı aldığı xəbəri ad gününə ən yaxşı hədiyyə hesab etdiyini dilə gətirib. Yeri gəlmişkən Sadio “Bakı”nın qapısına vurduğu qolu da yeni doğulan körpəsinə həsr edib. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43