“Neftçi”də intizamsızlıq davam edir.
İdmanxeber.com-un məlumatına görə, paytaxt komandasında bu dəfə Elvin Yunuszadə diqqət mərkəzinə düşüb.
Belə ki, Azərbaycan Premyer Liqasının XXXII turunda “Sumqayıt”la keçirilən oyunda baş məşqçi Arif Əsədova cavab qaytaran Elvin Yunuszadə əvəzedici heyətə göndərilib.
Buna səbəb onun Əsədova cavab qaytarmasıdı. Yunuszadə “Sumqayıt”la oyunda buraxılan qol zamanı səhvə yol verdiyi zaman Əsədov ona iradını bildirib. Millimizin müdafiəçisi baş məşqçinin iradı ilə razılaşmayıb, ona sərt şəkildə cavab qaytarıb.

