12 İyul 2026
Kateqoriyasız

“Simurq”un çöküşü davam edir: Aparıcı futbolçu da getdi

Maliyyə problemi ilə üzləşən “Simurq”u legionerləri tərk etməyə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun aparıcı üzvlərindən olan Stepan Polyak da düşərgəni tərk edib. 

32 yaşlı xorvatiyalı futbolçudan başqa Benjamin Lambot da klubdan ayrılıb. 

Mövsümün sonunda bir neçə futbolçunun “Simurq”dan gedəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43