“Xəzər Lənkəran”da transfer çalışmları davam edir.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Cənub təmsilçisinin idman direktoru Yunis Hüseynov artıq bu həftə sonu öncədən də planlaşdırılan səfərləri həyata keçirəcək.
Hüseynov həftəsonu Maliyə yollanacaq. Burada bir neçə futbolçunun matçını izləyəcək klub rəsmisi daha sonra Portuqaliyada diqqətdə saxladıqları yarımmüdafiəçini iş başında görmək üçün sözügedən ölkəyə yollanacaq.

