Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Almaniyada "Bavariya" İspaniya nəhəngi "Barselona"nı qonaq edib.
5 qolun vurulduğu qarşılaşmada qələbəni Münhen klubu bayram edib – 3:2. Məğlubiyyətə baxmayaraq ilk görüşdə parlaq qələbə qazanan "Barselona" finala yüksəlib.
Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb – 2:1.
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
12 may
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) – 3:2
Qollar: Benatia, 7, Levandovski, 58, Müller, 74 – Neymar, 15, 29
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Stadion: “Alyans Arena”. Münhen
İlk oyun – 0:3

