04 İyul 2026
Kateqoriyasız

Cahangir Hacıyevin güdazına getdi: Hacı İbrahim Nehrəmli həbs edildi

Hazırda “Cahangir Hacıyevin işi” ilə bağlı araşdırma və həbslər davam edir. 

İdmanxeber.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  Nehrəmli Hacı İbrahimi saxlayıblar. Bu barədə vinegret.az saytı məlumat yayıb.

Bir qədər öncə mediada yayılan məlumatlara görə, Beynəlxalq Bank milyarderin  mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verib və vəsait şübhəli əməliyyatlara xərclənib.

“Cahangir Hacıyevin işi” ilə bağlı daha bir oliqarx – “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev də həbs edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43