Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Almaniyanın “Ayntraxt” (Braunşveyq) klubunda çıxış edən milli komandamızın üzvü Taşkın İltəri transfer edə bilər.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi gənc futbolçunu sınamaq qərarına gəlib. Yaıxn günlərdə “Qarabağ”ın düşərgəsinə qoşulacaq futbolçu özünü doğrulda bilsə o zaman “Qarabağ”da qalacaq.
Qeyd edək ki, Taşkın İlter 21 yaşlı futbolçulardan ibarət millimizin üzvüdü.