Bu gün “Bakı-2015” Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan “Alov festivalı” dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumata verib.
“Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək”, – deyə S. Məmmədova bildirib.
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.