Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məşqçilik fəaliyyətini bərpa edir.
İdmanxeber.com apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis gələn mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” klubunun baş məşqçisi təyin edilib.
Məlumatı saytımıza açıqlamasında Gəncə təmsilçisinin prezidenti Mehman Allahverdiyev də təsdiqləyib: “Bəli, Şahin Diniyevlə görüşdük, anlaşdıq. Komandamız ən azından ilk “altılıq” uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, Şahin Diniyev artıq bir dəfə “Kəpəz”də çalışıb. O, 2004-05-ci illərdə “Gəncə” adını daşıyan komandaya rəhbərlik edib.