AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanı Avropa Liqasında təmsil etməli olan “İnter”in üzləşdiyi durumdan danışıb.
“Ötən gün mən klubun prezidenti Georgi Nikolovla görüşdüm. O, mənə söz verdi ki, komandanın Avropa Liqasında iştirakı baxımından heç bir problem olmayacaq. Amma biz bilirik ki, bu, minimal problemin həllidir. Avrokuboklardan sonra klubun aqibətinin necə olacağını isə analiz etməyə, qərar verməyə ehtiyac var. Çünki “İnter”də maliyyə problemləri var”. (azerisport.az)