28 Noyabr 2024
Müsahibə

Ağasəlim Mircavadov: “Neftçi”də son vaxtlar bəzi problemlər var” (MÜSAHİBƏ)

Ağasəlim Mircavadov idmanxeber.com-un-a müsahibə verib:

– Görüşlə bağlı təəssüratlarınız necədi?

– PFL rəhbərliyinə təşəkkür edirəm, bu təşkilata görə. 1996cı ilin finalı yadıma düşdü. Futbolda məni heç kəs aldada bilməz. Təbii ki, başqa sahələrdə məni aldada bilərlər. İstə biznesdə, ya başqa sahədə. Ancaq futbolda hhər şey yadımdadı və məni heç kəs aldada bilməz. 1960-cı ilədn bu yana harada nə olub sizə deyə bilərəm.  Bu tarixi oyun idi.

– Kubokun finalı barədə fikriniz necədi?

– Mübarizə olacaq, final oyunudu. Qoy güclü qalib gəlsin.

– “Qarabağ”ı daha şanslı sayanlar var.

– Ola bilər. “Neftçi”də son vaxtlar bəzi problemlər var. “Qarabağ” bir dəfə qızıl dubl edib, onu da məni vaxtımda, bugün meydanda olan uşaqlarla.

– Hər halda “Qarabağ”ın “qızıl dubl”a yaxın olduğunu deyirsiz..

– Bəli, öz əlindədi “Qarabağ”ın.

– Millimizin Norveçlə görüşündən nə gözləyirsiz?

– Əgər biz nəsə etmək istəyiriksə, millimizə inanmalıyıq. Millimizdən Norveçlə matçda uğur da gözləmək olar. Maltanı məğlub etdik. Ola bilər oyun hardasa təsirli olmadı. Ancaq əsas odu qələbə var idi. Düzdü, Malta Norveç deyil. Hər halda inansaq, hər şey ola bilər. Uğurlu nəticə gözləyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43