27 Dekabr 2024
İdman

“Bakı-2015”: Azərbaycan 11-ci qızıl medalını qazandı- YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

İdmanxeber.com-un məlumatına görə, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

Taekvondo

Kişilər

68 kq

Bu çəkidə ölkəmizi təmsil edən Ayxan Tağızadə ilk mərhələdə sloveniyalı Yure Pantarla qarşılaşıb və rəqibinə heç bir şans verməyib – 11:3. 

19 yaşlı Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib – 7:5.

Yarımfinalda Ayxnaın rəqibi rusiyalı Denisenko olub. Oyuna aktiv başlayan təmsilçimiz sonda 7:5 hesabı ilə qələbə qazanaraq adını finala yazıdırıb.

Burada da inamlı oyun sərgiləyən təmsilçimiz çempion olub.
 

Qadınlar

57 kq

Günay Ağakişiyeva bu çəkidə ölkəmizi təmsil edib. O, elə ilk mərhələdəcə məğlub olmaqla mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43