27 Dekabr 2024
İdman

“19 yaşında Olimpiya çempionu oluramsa…” – Toğrul Əsgərov

Sərbəst güləş üzrə 65 kq-da ölkəmizə qızıl medal qazandıran Toğrul Əsgərov qələbəni şərh edib.

İdmanxeber.com-a açıqlama verən idmançımız təəssüratlarını belə bölüşüb:

“Çox çətin oldu. İki ildi mənim üçün Avropa, Dünya çempionatları uğursuz oldu. Bu Olimpiya oyununa güclü hazırlaşdım və nəticəsini gördüm. Əsas odur ki, kim güclüdürsə o da qalib gəldi. Bu qələbəni Azərbaycan xalqına həsr edirəm. Yay Olimpiya oyunlarında da qalib olmağa çalışacam. 19 yaşında Olimpiya çempionu oluramsa, niyə də bu dəfə ola bilməyim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43