Nüfuzlu “goal.com” saytı Çempionlar Liqasının final matçının Bakıda keçirilə biləcəyini bildirib.
İdmanxeber.com-un məlumatına görə, avropalı həmkarlarımız Azərbaycanın qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasını qəbul etmək şanslarını dəyərləndirib.
AFFA-nın baş katibi Elxan Məmmədov da bu mövzuya münasibət bildirib. O, yaxın illərdə belə bir matçın Bakıda keçirilməsini istisna etməyib:
“İndi Azərbaycanda 60 min tamaşaçı tutumuna malik stadion var. Bu arena bütün regionda ən böyük idman qurğusudu. Yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının final qarşılaşması da bu arenada keçirilə bilər. Düşünürəm ki, bu, böyük hadisə olar”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.