18 Oktyabr 2024
Kateqoriyasız

“Qəbələ” bu yeri asanlıqla əldə etməyib”- “Dinamo”nun baş məşqçisi

Gürcüstanın “Dinamo” klubunun baş məşqçisi püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, ilk mərhələdə “Qəbələ” ilə qarşılaşacaq Tblisi təmsilçisinin çalışdırıcısı bunları deyib:

“Rəqibimiz bəlli oldu. “Dinamo” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq. Bilirik ki, rəqib çempionatda 3-cü yeri tutub. Deyə bilərik ki, son zamanlar Azərbaycan çempionatı çox inkişaf edib  və bu komanda da üçüncü yeri asanlıqla əldə etməyib. Rəqib komandanın yeni baş məşqçisi və futbolçuları var. Ətraflı məlumat əldə etdikdən sonra rəqib haqqında dnaışmaq olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43