18 Oktyabr 2024
Kateqoriyasız

“Rudar”ın kapitanı: “Qarabağ” bunu meydanda sübut etməlidir”

“Rudar” klubunun kapitanı Necelko Vlahoviç Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın favorit olduğunu bildirib:

“Qarabağ” favoritdir, ancaq bunu meydanda sübut etməlidirlər. Biz yaxşı oynamaq üçün hazırlaşacağıq. Nələr olacağını görəcəyik. Avrokuboklarda autsayder komandanın sürpriz etməsi ilk olmayacaq”.

Qeyd edək ki, “Rudar” və “Qarabağ” arasında ilk oyun ilk oyun 14 və ya 15 iyul tarixlərində Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Monteneqroda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43