05 Oktyabr 2024
Dünya futbolu

Messi yenə “Barselona”nın tarixinə düşdü – 10000-ci qol

“Barselona”nın
futbolçusu Lionel Messi növbəti dəfə adını klubun tarixinə “qızıl hətflər”lə
yazdırıb.

İdmanxeber.com-un
məlumatına görə, ulduz oyunçu Kataloniya klubunun rəsmi oyunlarda 10000-ci
qolunun müəllifi kimi tarixə düşüb. O, bu uğura dünən Çempionlar Liqasının 1/8
final mərhələsinin “Arsenal”la matçında (2:0) nail ola bilib. Həmin görüşdə
dubl edən Messinin vurduğu ikinci qol onu klubun tarixinə yazdırıb. 117 yaşlı “Barselona”
10000 qol həddinə 4375-ci rəsmi oyunda çata bilib.

Maraq
üçün qeyd edək ki, kataloniyalıların 5000-ci qoluna müəllifi Messinin klubdakı
ilk məşqçilərindən olan Karles Rexaç idi. O, bu uğura 1970-ci ildə imza
atmışdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43