15 İyul 2026
Ölkə futbolu

“Kəpəz” BƏYANAT yaydı, xəbərdarlıq etdi

“Kəpəz” rəsmi saytında bəyanat yayıb.

İdmanxeber.com-un məlumatına görə,  bəyanatda bəzi menecerlərin klubun adından futbolçularla danışıq apardığı qeyd edilib.

Bəyanatı olduğu kimi təqdim edirik:  

“Son dövrlər bəzi “işbaz” menecerlər tərəfindən “Kəpəz” PFK-nın adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir.

Nəzərinizə çatdırırıq ki, “Kəpəz” PFK-nın belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43