14 İyul 2026
Dünyadan

“Arsenal” və “Mançester Yunayted” onun üçün “savaşır”

“Arsenal” “Napoli”nin argentinalı hücumçusu Qonsalo İquaini transfer etməyi düşünür.

İdmanxeber.com-un məlumatına görə, London klubu argentinalı forvard üçün konkret təklif irli sürməyi planlaşdırır. Ancaq “Arsenal”a bu yöndə rəqib də var. Belə ki, 28 yaşlı futbolçu “Mançester Yunayted”in də maraq dairəsindədi. Hətta “qırmızı şeytanlar” İquainin transferi üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdı. 

Ancaq “Napoli” argentinalının qarşılığında müqaviləsində qeyd olunan sərbəst qalma məbləği – 94,5 milyon avro tələb edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43