Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Kəpəz” bu oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisinin iki üzvü – müdafiəçiləri Şəhriyar Əliyev və Şəhriyar Rəhimov Lənkəran klubu ilə oyunu buraxacaqlar. Sözügedən futbolçular ötən gün “Rəvan”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüblər.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” matçı martın 13-də keçiriləcək.