06 İyul 2026
Kateqoriyasız

Mançester və Madriddə səssiz gecə (YENİLƏNİB+VİDEOLAR)

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gecə daha iki matç baş tutacaq.

Madriddə "Atletiko" Hollandiyanın PSV klubunu qəbul edəcək. İlk oyun qolsuz bərabərliklə başa çatdığından ispanlar qələbə qazanacağı təqdirdə tur adlaya biləcək. Hollandiya klubuna isə qollu heç-heçə də bəs edir.

Günün digər matçında "Mançester Siti" ilk oyunda səfərdə məğlub etdiyi Kiyev "Dinamo"snu sınağa çəkəcək. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan "şəhərlilər"in mərhələ adlamaq şansları olduqca yüksəkdi.

15 mart

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar


23:45. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna) – 0:0
İlk oyun – 3:1
 
23:45. “Atletiko” (Madrid, İspaniya) – PSV (Hollandiya)- 0:0 (penaltilər seriyası – 8:7)
İlk oyun – 0:0



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43